Belçika millisinin yarımmüdafiəçisi: "Həm Azərbaycan, həm də bizim üçün çətin olacaq"

14:40 - 8 Sentyabr 2023

"Hazırlıq səviyyəm yaxşıdır. Klubumda da oyunlarda oynayırdım. Hazırlıq səviyyəm yaxşıdır".

Sportal.az xəbər verir ki, bu sözləri Belçika millisinin üzvü Yuri Tilemans deyib. AVRO-2024-ün seçmə mərhələsinin Azərbaycanla oyunundan öncə mətbuat konfransında danışan futbolçu sabahkı görüş haqda fikirlərini bildirib:

"Meydanın keyfiyyəti hər iki komanda üçün eynidir. Məncə, həm Azərbaycan, həm də bizim üçün çətin olacaq. Nəzərə alsaq ki, hər iki komanda topla oynamağı xoşlayır. Ona görə də çətinliyi gözləmək olar. Kevin De Bruynenin olmamasına gəlincə, doğrudur, çətindir. Amma komandamızda kifayət qədər yaxşı futbolçularımız var. Onlarla birlikdə hücumda fürsətlər yaratmağa çalışacağıq. Cavanlar da məşqlərdə hər şeyi edirlər ki, əsas heyətə düşsünlər. Məşqlərimiz intensiv şəkildə keçir. Hər kəs əsas heyət uğrunda oynayır".

Yuri, millidən komanda yoldaşı və Belçika yığmasının kapitanı Romelu Lukakunun durumuna da şərh evrib: "Dəyişən bir şey yoxdur. Lukaku yenə də, yaxşı çıxış etməyə çalışır. Bacarıqlarını və keyfiyyətlirini ortaya qoyacağına əminəm".

Mirbağırağa

Xəbər xətti