İngiltərənin "Aston Villa" klubu Filipe Koutinyonu icarəyə verib.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi braziliyalı yarımmüdafiəçini Qətərin "Əl Duhail" klubuna göndərib. Bu barədə "Aston Villa"nın mətbuat xidməti məlumat yayıb.
31 yaşlı vinger 2023/2024 mövsümünü icarə əsasında Asiya təmsilçisinin heyətində keçirəcək.
Qeyd edək ki, "Aston Villa" Filipe Koutinyonu 2022-ci ilin yanvar ayında "Barselona"dan transfer edib. Braziliya millisinin üzvü Birmingem təmsilçisinin heyətində meydana çıxdığı 43 rəsmi matçda 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi