Macarıstanın "Puşkaş Akademiya" klubunun U-19 komandasının baş məşqçisi Qabor Şekeli UEFA Gənclər Liqasının seçmə mərhələsinin ilk turunda “Qəbələ”yə qarşı keçirəcəkləri oyunlarla bağlı fikirlərini bildirib.
Sportal.az xəbər verir ki, klubun rəsmi saytına danışan macar məşqçi təmsilçimiz barədə məlumatsız olduqlarını deyib:
"Biz Azərbaycandan uzaqda olan ölkəyə gedə bilməzdik. Amma bu cür matçların mahiyyəti budur ki, fərqli futbol mədəniyyəti ilə tanış ola bilək. "Qəbələ" haqda çox məlumatımız yoxdur. Ancaq bizim klubun peşəkar kadları var. Hazırlıq zamanı rəqib haqqında bizə lazım olan məlumatları toplaya biləcəyik. Mümkün qədər irəliləmək vacibdir, amma belə turnirlər ilk növbədə gənc futbolçularımızın inkişafı üçün lazımdır".
"Qəbələ" - "Puşkaş Akademiya" matçları oktyabrın 4-ü və 25-də baş tutacaq.
saytlarin hazirlanmasi