Premyer Liqa klubu aparıcı oyunçusunu saxlamaq istəyir

21:34 - 8 Sentyabr 2023

"Nyukasl" yarımmüdafiəçisi Bruno Gimarayeşlə müqavilənin müddətinin uzatmağı planlaşdırır.

Sportal.az “The Athletic”ə istinadən xəbər verir ki, bu yöndə yarımmüdafiəçi ilə danışıqlarda əhəmiyyətli irəliləyiş əldə edilib.Amma yekun detallar razılaşdırılmalı, sonra müqavilə imzalanmalıdır.

Bruno ilə yeni müqavilə tezliklə bağlanacaq. Futbolçunun ingilis klubu ilə hazırkı müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.İngiltərə klubu 25 yaşlı braziliyalını 2022-ci ilin yanvarında "Lion"dan 42 milyon avroya transfer edib. O,bundan əvvəl "Audaks" və "Atletiko Paranaense"də oynayıb.

Xəbər xətti