"Qarabağ" və Azərbaycan millisinin komandasının müdafiəçisi Abbas Hüseynov zədəsini tam olaraq sağaldıb.
Sportal.az saytına verilən məlumata görə, 28 yaşlı futbolçu artıq fərdi məşqlərə start verib.
Onun iki həftədən sonra kollektivlə birgə məşqlərə başlayacağı gözlənilir. Hüseynov "Qarabağ"ın sentyabrın son həftələrindəki matçlarında meydana çıxa biləcək.
Qeyd edək ki, Abbas 2022/2023 mövsümünün qış hazırlıq dövründə dizindən zədələnərək uzunmüddətli sıradan çıxmışdı.
saytlarin hazirlanmasi