21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Serbiya - Azərbaycan oyununun hakimləri açıqlanıb.
Sportal.az xəbər verir ki, sentyabrın 12-də, saat 22:00-da, Stara Pazova şəhərindəki Serbiya Futbol Federasiyasının İdman Mərkəzində baş tutacaq qarşılaşmanı Türkiyədən olan referilər idarə edəcək:
Baş hakim: Erkan Özdamar
Baş hakimin köməkçiləri: Serkan Olguncan, Murat Tugberk Curbay
Dördüncü hakim: Zorbay Küçük
(Hakimlər briqadası Türkiyədəndir)
saytlarin hazirlanmasi