"Azərbaycana, Bakıya gələcəyimi gözləmirdim"

13:40 - 10 Sentyabr 2023

"Araz-Naxçıvan"ın futbolçusu Miço Kuzmanoviç "CBC Sport" kanalına açıqlama verib.

Sportal.az xəbər verir ki, bosniya və herseqovinalı vinger Azərbaycan çempionatında güclü rəqabət olduğunu bildirib:

"Düzünü desəm, Azərbaycana, Bakıya gələcəyimi gözləmirdim. Evdə oturub yeni xəbərləri gözlədiyim bir vaxtda "Araz-Naxçıvan" mənimlə əlaqə saxlayıb kluba qoşulmağımı təklif etdi. Düşündüm və qərara gəldim ki, təklifi qəbul edim. Bura mənim üçün yeni ölkə və yeni macəra olacaq. Klubdan və ölkə çempionatından razıyam. Buradakı heç bir komandanı zəif saymazdım. Güclü rəqabət var və bu, çempionatı maraqlı edir". 

26 yaşlı ön xətt oyunçusu baş məşqçi Azər Bağırovun onun oyunundan razı qaldığını deyib:

"Bosniya və Herseqovinada "Qarabağ", "Neftçi" və "Qəbələ" kimi klublar məşhurdur. Onların adını bir çox futbol azarkeşi tanıyır. Özü də tək Bosniya və Herseqovinada deyil, Avropanın bir çox yerlərində. Təbii ki, "Qarabağ" kimi komandaya qol vurmağı bacardığım üçün sevincliyəm. Təəssüf ki, oyunda məğlub olduq. Amma çempionatın ən titullu komandalarından birinə qol vurmaq qürurvericidir. Göstərdiyim oyun mənə olan inamı artırır və bu, oyunuma müsbət təsir göstərir. Bilirsiniz ki, legioner futbolçuların üzərinə daha çox yük düşür. Çünki, gözləntilər və ümidlər daha çoxdur. Bu, üzərimizdəki təzyiqi artırır. Amma baş məşqçi oyunumdan razıdır. Bu isə mənim üçün əlavə motivasiyadır. Əsas hədəfim daha da inkiaşf edərək komandama kömək etməkdir".

Xəbər xətti