Azərbaycan milli komandasının forvardı Ramil Şeydayev paylaşımı ilə diqqət çəkib.
Sportal.az xəbər verir ki, 27 yaşlı hücumçu AVRO-2024-ün seçmə mərhələsinin Belçikaya qarşı (0:1) görüşündən sonra instaqram hesabında hekayə bölümündə bunları yazıb:
"Bəlkə bu gün deyil, bəlkə sabah da deyil. Amma bu baş verəcək".
Qeyd edək ki, Azərbaycan millisi Bakıda Belçikaya 0:1 hesabı ilə uduzub. Yığmamız hazırda bir xalla qrupda sonuncudur.
saytlarin hazirlanmasi