AVRO-2024-ün seçmə mərhələsində Belçika millisinin heyətində Azərbaycanın qapısına vurulan yeganə qolun müəllifi Yannik Karrasko "DHSports"a açıqlama verib.
Sportal.az xəbər verir ki, yarımmüdafiəçi Bakıda millisinin qələbəsi ilə başa çatan görüşü belə şərh edib:
"Əsas odur ki, üç xalla geri dönə bildik. Bakıdakı meydanda oynamaq asan deyildi. Amma ən əsası qələbə qazanmaq idi. Effektiv oynaya bilməsək də, çoxlu qol epizodlarımız yarandı. Ümumilikdə, biz qələbəyə layiq idik. Azərbaycan millisinin itirəcəyi heç nə yox idi. Ona görə də topu özlərində saxlayırdı. Amma biz qapımızın toxunulmazlığını qoruya bildik. Hamısının fiziki forması yaxşı idi. Komandamdan razıyam".
Qeyd edək ki, Belçika səfərdə Azərbaycana 1:0 qalib gəlib.
saytlarin hazirlanmasi