Azərbaycan II Liqasında 2-ci tura start verildi

19:21 - 10 Sentyabr 2023

Bu gün II Liqada ikinci tura start verilib.

Sportal.az xəbər verir ki, turun ilk oyun günündə dörd qarşılaşma baş tutub.

Keçirilən dörd oyunun üçündə qonaqlar qələbə qazanıb.

“Şəfa” – “Şəki Siti” 0:6
“Şahdağ-Qusar” – “Kürmük-Qax” 3:1
“Ağdaş” – “Baku Sportinq” 2:4
“Kür-Araz” – “Füzuli” 1:2

Turun digər oyunları sabah baş tutacaq.
 

Xəbər xətti