"Qəbələdə oynamaqda məqsədimiz komandanı səfərdə sınamaq idi"

21:23 - 10 Sentyabr 2023

"Qəbələdə oynamaqda məqsədimiz komandanı səfərdə sınamaq idi. Bakıdakı hazırlıq müddətində uşaqları yukləmişdik və bunun fonunda onları iş başında bir daha yoxladıq".

Sportal.az xəbər verir ki, bu sözləri “Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov “Qəbələ”yə qarşı bu gün keçirilmiş yoxlama görüşündən sonra deyib.

Bağırov 0:0 hesabı ilə başa çatan oyun haqda bunları deyib: "Oyun xoş atmosferdə keçdi. Görüşü zədəsiz başa vurduq. Hər iki hissədə maraqlı hücumlarımız alındı, hansı ki, bu gedişlər üzərində yeni-yeni işləyirik. Müdafiədən isə uzun deyil, qısa ötürmələrlə çıxmağa çalışdıq. Yəni bunların üzərində 4-5 gün isləməyimizə baxmayaraq, nəticə pis deyildi.Birinci hissədə əvvəlki oyunlarda az şans verdiyimiz futbolçulara da meydana çıxmaq imkanı yaratdıq. Onların da təzyiq altında nəyə qadir olduqlarını gördük. Maraqlı və faydalı bir görüş oldu”.

Xəbər xətti