Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi belçikalı forvard Romelu Lukakunun AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində yığmamıza qarşı performansını dəyərləndirib.
Sportal.az xəbər verir ki, “TUTTOmercatoWEB.com”a danışan italiyalı məşqçi Lukaku barədə bunları deyib:
"Onu yaxşı gördüm. Hələ ən yaxşı formada deyil, amma zamanla inkişafdadır. Bizimlə matçda bütün keyfiyyətlərini ortaya qoydu: o, hər zaman arxası qapıya doğru oynayaraq özünü çox yaxşı tərəfdən göstərdi. Ona dəstək olsanız, ya sonda özü qol vuracaq, ya da onu dayandırmaq çox çətin olacaq. Meydanda olduğu bir saat ərzində oyuna necə reaksiya verdiyini gördüm. O, yaxşı oynadı və bizi həmişə narahat edirdi. İndi ona davamlı oynamaq lazımdır. Lukaku inanılmaz bədən quruluşuna və hər şeydən əvvəl fiziki gücə malikdir. Tam formaya düşdükdən sonra qarşısıalınmaz olacaq. Lukaku həqiqətən əla transferdir, “Roma”ya belə forvard lazım idi. Dibala ilə birlikdə əla cütlük ola bilərlər”.
saytlarin hazirlanmasi