"Beşiktaş"ın yeni futbolçusu zədələndi

15:51 - 12 Sentyabr 2023

Türkiyənin "Beşiktaş" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin yeni transferi Erin Bayi sıradan çıxıb.

Fil Dişi Sahilindən olan müdafiəçi "Fatih Karagümrük"lə keçirilən yoldaşlıq görüşündə (2:0) zədələnib. Ayağında ağrılar hiss edən 29 yaşlı arxa xətt oyunçusu matçı davam etdirə bilməyib. Onun durumuna tibbi müayinədən sonra aydınlıq gələcək.

Qeyd edək ki, "Beşiktaş" Erik Bayini mövsümün əvvəlində "Mançester Yunayted"dən transfer edib. Təcrübəli mərkəz müdafiəçisi "qara qartallar"ın heyətində rəsmi matçlarda meydana çıxmayıb.

Xəbər xətti