Kişi basketbolçulardan ibarət Azərbaycan yığması FİBA-nın yenilənmiş dünya reytinq cədvəlində mövqeyini daha da pisləşdirib.
Sportal.az xəbər verir ki, millimiz daha beş pillə geriləyərək 66,7 xalla 118-ci yerdə qərarlaşıb.
Azərbaycan millisinin DÇ-2027-nin seçmə mərhələsindəki rəqiblərinin göstəriciləri isə belədir: İsveçrə (63-cü yer, 172,1 xal), Kosovo (77 – 121,1) və İrlandiya (85 – 113,1).
Xatırladaq ki, seçmə mərhələ oyunları 2024-cü ilin fevralında başlayacaq. Ümumilikdə FIBA reytinqinə 159 milli komanda daxildir.
saytlarin hazirlanmasi