"Zəngəzur" yarımfinalda "Borussiya" önünə çıxacaq

09:17 - 16 Sentyabr 2023

“Zəngəzur” Bolqarıstanda davam edən minifutbol üzrə Avropa kubokunda növbəti mərhələyə adlayıb.

Sportal.az xəbər verir ki, təmsilçimiz 1/8 finalda yerli “Mehkit” klubuna qalib gələrək 1/4 finala vəsiqə qazanmışdı. Burada isə Əjdər Əjdərovun rəhbərlik etdiyi kollektiv İsrailin “Red Meat Tadrian” komandasını (0:0, penaltilərdə - 5:4) penaltilərlə üstələyərək yarımfinala adlayıb.

Finala çıxmaq uğrunda isə “Zəngəzur” Rumıniyanın “Borussiya”(Sibiu) ilə üz-üzə gələcək. Matça Bakı vaxtı ilə 12:00-da başlayacaq. Azərbaycan çempionatının bürünc mükfatçısı qrup mərhələsində Bolqarıstanın “Qalaktiko Vratsa”sını (2:0) məğlub edib, Yunanıstanın TMT (3:3) və Çexiyanın “Veşka Olomouc” klubları (1:1) ilə bərabərə qalmışdı.

Xəbər xətti