"Turan Tovuz" heyətini yeni futbolçu ilə gücləndirib. Bölgə klubu Emmanuel Hakmanla 1+1 illik müqavilə bağlanıb. Müdafiəçi karyerası ərzində Portuqaliyada "Boavişta", "Aveş", "Portimonense", "Jil Visente"nin formasını geyinib.
Hakman Toqo millisinin heyətində 8 oyunda meydana çıxıb. Həm mərkəz, həm də sağ cinah müdafiəçisi kimi oynamağı bacaran Hakman son dəfə Serbiyanın "Mladost" klubunda çıxış edib. Sportal.az toqolunun əvvəlki klublarında göstərdiyi performans videosunu təqdim edir:
saytlarin hazirlanmasi