Millimizin baş məşqçisi:"Futbol Azərbaycanda ən vacib idman növü deyil"

11:48 - 16 Sentyabr 2023

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi ölkəmizdə işləməyin nə qədər çətin olduğundan danışıb.

Sportal.az “Giallorossi.net”ə istinadən xəbər verir ki, italiyalı məşqçi Albaniyada işlədiyi dönəmi də xatırlayıb:

"Albaniyanı tərk edəndən bu yana üç ildir ki, Azərbaycan millisini çalışdırıram. Amma başa düşürəm ki, vəziyyət mürəkkəbdir. Çempionatımızda cəmi 10 komanda var. Futbol Azərbaycanda ən vacib idman növü deyil. Belə deyək, mənim problemim Spalletti və Mançinin İtaliyadakı problemindən daha çoxdur. Yerli mentalitet və mədəniyyət italyanlardan çox fərqlidir. Burada fərdilik o qədər üstünlük təşkil edir ki, bu ölkədə ən güclü idmançılar komanda idman növlərinin deyil, fərdi idman növlərinin nümayəndələridir”.
 

Xəbər xətti