“Qalatasaray”ın futbolçusu Leo Dubua “Başakşehir”ə keçib.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, fransalı adıçəkilən komandaya icarəyə verilib. O, 2023/2024 mövsümün “Başakşehir”də icarə əsasında oynayacaq.
29 yaşlı futbolçunun “Qalatasaray”la müqaviləsi isə 2025-ci il iyunun 30-da başa çatacaq. Fransalı Türkiyəyə gələnə qədər “Nant”, “Lion” klublarında oynamışdı.
saytlarin hazirlanmasi