"Qəbələ" və "Araz-Naxçıvan" istədi, bu kluba qismət oldu - FOTO

22:18 - 16 Sentyabr 2023

"Qəbələ" və "Araz-Naxçıvan"ın transfer siyahısında yer almış Denis Buşnya Azərbaycana gələsi olmayıb.

Sportal.az xəbər verir ki, adıçəkilən klubların heyətinə qatmaq istədiyi xorvatiyalı Gürcüstanda oynayacaq.

O, ölkənin ən tanınmış klubu olan “Dinamo”(Tbilisi) ilə müqavilə imzalayıb.

Futbolçunun Azərbaycana gəlişinin baş tutmaması maliyyə ilə bağlı olub. 23 yaşlı vinger karyerası ərzində “Riyeka”, “İstra”, “Sered”, “Bravo” klublarında oynamışdı.


 

Xəbər xətti