Totti "Roma"ya qayıdır

16:40 - 16 Sentyabr 2023

"Roma"nın əfsanəsi Françesko Totti kluba idarəçi kimi qayıtması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Sportal.az xəbər verir ki, onun paytaxt klubunda idman direktoru kimi çalışacağı deyilirdi. Totti isə “forzaroma.info”ya açıqlamasında bu cür danışıb: 

"Mourinyo mənim "Roma"da olmağımı istəyir? Düşünürəm ki, belədir. Ən azından özü belə dedi. Gözləyək, necə olacağını görərik. Həqiqətən də, “Roma” üçün darıxıram".

46 yaşlı veteran 1993-2017-ci illərdə yalnız "Roma"nın formasını geyinib.

Xəbər xətti