"Mançester Yunayted"in müdafiəçisi Harri Maquayr tənqidlərə necə reaksiya verdiyini açıqlayıb.
Sportal.az xəbər verir ki, “Sky Sports”a danışan ingiltərəli futbolçu kapitanlığın məsuliyyətli və çətin olduğunu bildirib:
"Psixoloji təzyiqdən əziyyət çəkən adam olduğumu deyə bilmərəm. Son illərdə çox şey yaşadım, təxminən dörd il “Mançester Yunayted”in kapitanı olmuşam. Bu vəziyyətdə, yaxşı və pis olmaqla, böyük məsuliyyəti üzərinə götürürsən. İngiltərə millisindəki karyeram, klubda olduğu qədər mənim üçün prioritetdir. Premyer Liqanın ilk dörd turunda start heyətdə olmayanda hər şeyi düşündüm. Mən futbol oynamaq istəyirəm. İlk həftələr çətin keçdi, çünki həftədə bir oyun keçirdik və məşqçi məni seçmədi. Ancaq qarşıda çoxlu matçlarımız var və əminəm ki, daha çox oynayacam".
30 yaşlı futbolçunun “Mançester Yunayted”lə müqaviləsi 2025-ci il iyunun 30-da başa çatacaq.
saytlarin hazirlanmasi