"Nyukasl"ın və İngiltərə millisinin hücumçusu Kallum Uilson klubu ilə yeni müqavilə imzalayıb.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, forvard 2025-ci ilə qədər "Nyukasl"a məxsus olacaq.
2020/2021 mövsümündə İngiltərə klubuna keçmiş Uilson bu müddətdə 79 matçda iştirak edib və 40 qol vurub.
İngiltərə millisinin forvardı bundan əvvəl “Koventri”, “Ketterinq Toun”, “Tamvort”, “Bornmut” klublarında çıxış edib.