"Neftçi" "Srvena Zvezda"nın sabiq forvardı Aleksa Vukanoviçi transfer etmək istəyib.
"Ağ-qaralar" bunun üçün forvardın özü və meneceri ilə danışıqlar aparıb.
Sportal.az saytına verilən məlumata görə, serbiyalı hücumçu Azərbaycana gəlməyəcək. Belə ki, futbolçu "Neftçi"də yox, "Voyvodina"da oynamaq qərarına gəlib.
Serbiya Superliqasının təmsilçisi artıq 31 yaşlı forvardın keçidini də rəsmən açıqlayıb.
Qeyd edək ki, ötən mövsümü Qətərin "Umm Salal" klubunda oynamış forvardın "Neftçi"yə keçidə yaxın olduğu bildirilirdi.
saytlarin hazirlanmasi