"Kəpəz" Azərbaycan Premyer Liqasının 6-cı turunda doğma meydanda "Səbail"i qəbul edir.

Sportal.az xəbər verir ki, hazırda "Səbail" rəqibini 2:0 hesabı ilə məğlub edir.

Stadionda olan əməkdaşımızın verdiyi məlumata görə, paytaxt klubunun ikinci qolundan sonra yerli azarkeşlərin bir qismi "Kəpəz"in baş məşqçi Azər Məmmədovu istefaya səsləməyə başlayıb.