"Sabah" yaxşı komandadır, çətin rəqibə qarşı oynadıq. Şadam ki, çətin olsa da, qalib gəlməyi bacardıq. Milli komandalara görə verilmiş fasilədə Bakıda olduq, hazırlaşdıq. Qarşıda bizi həm çempionatda, həm də avrokuboklarda vacib matçlar gözləyir. Hazır olmaq vacib görünürdü. Digər tərəfdən qələbə qazanaraq özgüvənli olmaq da lazım idi.
Sportal.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Abdullah Zubir deyib. Premyer Liqanın 6-cı turunun “Sabah”la (2:0) oyunundan sonra jurnalistlərə açıqlama verən fransalı Avropa Liqasının ilk turunda Bakıda “Mölde” ilə oynayacaqları matçdan gözləntilərini də bildirib:
"Avropa Liqasındakı matçlar asan keçmir. Qrupumuzda yer alan komandaların hamısı güclüdür. Biz “Molde”ni analiz edəcəyik. Bu görüşdə meydana qələbə üçün çıxacağıq. Çünki rəqibi evdə qəbul edəcəyik. Hazırlaşacağıq".
Fransalı futbolçu Azərbaycan millisinə cəlb olunmaq ehtimalı haqda isə bunları deyib: "Mən azərbaycanlı deyiləm. Mərakeşdən olan Fransa vətəndaşıyam. Yalnız “Qarabağ”ın oyunlarına fokuslanmışam. Gələcəkdə nə olacağını isə bilmirəm".
Mirbağırağa
saytlarin hazirlanmasi