"Nebitçi" Qələbədəki təlim-məşq toplanışını başa vuraraq Türkmənistana qayıdıb.
Sportal.az saytına daxil olan məlumata görə, ölkəmizdə keçirdiyi yoxlama görüşləri zamanı Balkanabad klubunun futbolçuları Azərbaycan komandalarının diqqətini cəlb edib.
"Nebitçi"dən saytımıza verilən məlumata görə, Maqtim Berenov Premyer Liqa və birinci divizion klublarımızın maraq dairəsinə düşüb. Türkmənistan klubu təkliflərin konkretləşəcəyi təqdirdə, 19 yaşlı yarımmüdafiəçinin karyerasını Azərbaycanda davam etdirmək variantına qarşı çıxmayacaq.
Qeyd edək ki, Berenov Türkmənistanın U-21 yığmasının da üzvüdür.
saytlarin hazirlanmasi