İtaliya milli komandasının və “Latsio”nun hücumçusu Çiro İmmobile Səudiyyə Ərəbistanına yollanmaqdan imtina edib.
Sportal.az “Corriere dello Sport”a istinadən xəbər verir ki, italiyalı hücumçuya Səudiyyə Ərəbistanının iki klub təklif göndərib.
Amma o, Romada qalmağa qərar verib.
33 yaşlı hücumçunu “Əl-Şəbab” və “Əl-Vehda” klubları transfer etmək istəyir.
33 yaşlı forvard karyerası ərzində "Sorrento", "Yuventus", "Siena", "Qrossteo", "Peskara", "Cenoa", "Torino", "Borussiya"(Dortmund), "Sevilya" klublarında oynayıb və 2016-cı ildə "Latsio"ya keçib.
saytlarin hazirlanmasi