"Əl-İttihad"ın hücumçusu Kərim Benzema Səudiyyə Ərəbistanı çempionatının səviyyəsi ilə bağlı fikirlərini bildirib.
Sportal.az xəbər verir ki, “Football Tweet”ə açıqlama verən fransalı liqanən dünyanın ən yaxşı olma şansını da dəyərləndirib:
"Səudiyyə Ərəbistanı çempionatı planetin ən yaxşı liqası olmaq yolundadır. İnkişaf da gedir. Bu, daha çox dünya səviyyəli oyunçular meydana çıxanda baş verəcək. Elə bunlar da çempionatı daha irəli aparacaq".
35 yaşlı forvard Səudiyyə Ərəbistanı klubu ilə üç illik müqavilə imzalayıb. O, 2026-cı il iyunun 30-na qədər “Əl-İttihad”a məxsus olacaq.
saytlarin hazirlanmasi