Azərbaycanın U-21 yığmasının sabiq üzvü Kamal Mirzəyev özünə yeni komanda tapıb.
Sportal.az saytına verilən məlumata görə, yarımmüdafiəçi birinci liqada oynayacaq.
O, bu liqanın iddialılarından olan "İrəvan"la anlaşıb. Mirzəyev adıçəkilən klubla bir illik müqavilə imzalayıb.
Ötən mövsümü "Şamaxı"da keçirmiş Kamalın "Araz-Naxçıvan"a keçəcəyi gözlənilirdi.
29 yaşlı futbolçu "Qəbələ", AZAL, "Sumqayıt", "Zirə", "Əl-Salmiyə" klublarında oynayıb.
saytlarin hazirlanmasi