"Çelsi"nin baş məşqçisi Maurisio Poçettino komandanın cari mövsümdəki zəif çıxışını şərh edib.
Sportal.az xəbər verir ki, "Reuters"ə danışan argentinalı uğursuzluğu zədəli oyunçuların çox olması ilə əlaqələndirib:
"Təbii ki, azarkeşlər kluba nə qədər pul yatırıldığını oxuyurlar. Belə olan halda, gözləntilər də yüksək olur. Qalib gələ bilmirsənsə, azarkeşlərin narazı qalması normaldır. Biz özümüzə çox inanırıq, sadəcə bəxtimiz gətirmir, çünki 12 oyunçumuz zədəlidir. Ağlamalı, yoxsa şikayət etməliyəm? Xeyr. Mən bu çağırışı qəbul etməli və pozitiv qalmalıyam”.
“Çelsi” 5 oyundan cəmi 5 xalla 14-cü pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi