Niderland birinci divizionun 6-cı turunun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının futbolçusu Ozancan Kökçünün formasını geyindiyi "Eyndhoven" doğma meydanda "Den Haaq"la qarşılaşıb.
Görüş 1:1 hesabı ilə başa çatıb.
Start heyətində meydana çıxmış Kökçü sona qədər oynayıb. Hazırda "Eyndhoven" 9 xalla səkkizincidir.