"Mançester Yunayted" Serj Qnabrini transfer etməyə çalışır.
Sportal.az "Fichajes"ə istinadən xəbər verir ki, "Bavariya"nın futbolçusu da İngiltərəyə köçməyə hazırlaşır.
"Mançester Yunayted" 28 yaşlı alman futbolçunun meneceri ilə danışıqlara başlayıb. Bununla yanaşı, "qırmızı şeytanlar" Almaniya nəhənginə 60 milyon avro təklif edib.
Almaniya millisinin üzvünün “Bavariya” ilə müqaviləsi 2026-cı il iyunun 30-da başa çatacaq.