"Bavariya"nın keçmiş baş məşqçisi Yulian Naqelsmanın işsiz günləri başa çatmaq üzrədir.
Sportal.az "Bild"ə istinadən xəbər verir ki, gənc mütəxəssis tezliklə Almaniya millisinə baş məşqçi təyin ediləcək.
Almaniya Futbol Federasiyası artıq 36 yaşlı məşqçi ilə prinsipial razılığa gəlib. Yaxın günlərdə federasiyanın Naqelsmanın milliyə baş məşqçi təyin olunduğunu rəsmən açıqlayacaq.
Naqelsman indiyə qədər “Hoffenhaym”, “Leyptsiq” və “Bavariya”ya rəhbərlik edib.