Xorvatiya mətbuatı: Emreli "Astana"ya qarşı matçda əsas heyətdə yer alacaq

17:51 - 19 Sentyabr 2023

Xorvatiya mətbuatında "Dinamo"nun Konfrans Liqasının qrup mərhələsi çərçivəsində cümə axşamı Qazaxıstanın "Astana" klubuna qarşı keçirəcəyi oyun üçün mümkün start heyəti müzakirə edilib.

Sportal.az xəbər verir ki, "Sportske novosti" portalı Zaqreb klubunun forvardı Mahir Emreliyə də əsas heyətdə yer veriləcəyini iddia edib:

"Dinamo"nun hücumunun sağ cinahında Mahir Emrelinin olacağı gözlənilir. O, Çempionlar Liqasının təsnifat mərhələsinin ikinci turunda Qazaxıstanda "Astana"ya qarşı oynamışdı (2:0) və bu mənada, o, yenidən həmin mövqeyə daha yaxın görünür. Astanadakı görüşdə Mahir yaxşı təsir bağışlamışdı. Ona görə Emrelinin "Astana"ya qarşı matçda əsas heyətdə yer alacağını gözləmək olar. Sol cinaha gəlincə, bu, Lyubiçiçin oynaya biləcəyi yeganə mövqedir. Misiç, Bulat və Baturina isə onun arxasında yer alır və şübhəsiz ki, bu cümə axşamı "Dinamo"nun hücumlarını quracaq oyunçular olacaqlar. Petkoviçlə yanaşı, hücumda Emreli və ya Vidoviç yer olmalıdır".

Mirbağırağa

Xəbər xətti