Azərbaycanın futzal millisi bu gün DÇ-2024-cü ildə keçiriləcək dünya çempionatının elit-raundunda növbəti görüşünü keçirəcək.
Sportal.az xəbər verir ki, Vitali Borisovun rəhbərlik etdiyi kollektiv Niderlandla üz-üzə gələcək.
Bakı İdman Sarayında keçiriləcək matç 18:30-da start götürəcək. "CBC Sport" kanalında canlı yayımlanacaq oyuna giriş sərbəst olacaq.
Yığma komandamız ilk oyununda Rumıniyaya 1:3 hesabı ilə uduzub.
Futzal
DÇ-2024, elit-raund
20 sentyabr
18:30 Azərbaycan - Niderland
Hakimlər: Yianqos Yianqou, Nikolas Nikolaou, Larisa Eleni Avramidou
(Hakimlər briqadası Kiprdəndir)
Hakim-inspektor: Sebastian Stauicki (Polşa)
UEFA nümayəndəsi: Avi Levi (İsrail)