Çempionlar Liqasının ilk turunun “Barselona” - “Antverpen” matçında 16 yaş 68 günlüyündə meydana sonradan daxil olan Lamin Yamal Kataloniya klubunun bu turnirdə debüt edən ən gənc oyunçusu olub.
Sportal.az xəbər verir ki, bundan əlavə, Yamal 8 dekabr 2020-ci ildə 16 yaş 18 günlüyündə “Zenit”lə matçda meydana çıxmış “Borussiya”nın futbolçusu Yussufa Moukokodan sonra turnir tarixində ikinci ən gənc kimi tarixə keçib.
Xatırladaq ki, Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turu çərçivəsində İspaniyada keçirilmiş “Barselona” – “Antverpen” görüşü ev sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.
Yamal 68-ci dəqiqədə dub edlən Joao Feliksi əvəzləyib.
"Barselona"nın yetirməsi olan Yamal bu il İspaniya millisinin heyətində də debüt edib. İki matçda oynamış futbolçunun hesabında artıq bir qol var.
saytlarin hazirlanmasi