"Srvena Zvezda"nın sabiq forvardının "Neftçi"yə keçidi niyə baş tutmayıb?

10:51 - 20 Sentyabr 2023

"Neftçi" hücum xəttini gücləndirmək üçün "Srvena Zvezda"nın sabiq forvardı Aleksa Vukanoviçi transfer etmək istəyib. Əslində, tərəflər arasında ilkin danışıqlar müsbət yekunlaşıb. 31 yaşlı forvard "ağ-qaralar"ın baş məşqçisi Adrian Mutunun istədiyi oyunçular arasında yer alıb. Amma son anda Vukanoviç seçimini Serbiyanın "Voyvodina" klubundan yana edib.

Sportal.az saytına verilən məlumata görə, serbiyalının "Neftçi"yə keçidinin baş tutmaması maliyyə məsələsi ilə bağlı olmayıb. Sadəcə olaraq, forvard ailəsinin və özünün istəyilə ölkəsinə qayıtmağa qərar verib. Vukanoviç daim ölkəsində “Çelarevo”, “OFK Baçka”, “Napredak”, “Srvena Zvezda”da çıxış etsə də, ötən mövsüm Çinə yollanaraq “Meyju Hakka”ya keçib, ardınca isə Qətərin “Umm Salal” klubu ilə anlaşıb. Lakin futbolçu ölkə xaricində oynamağa müsbət yanaşmadığından Serbiyaya qayıdıb. 
 

Xəbər xətti