“Real”ın yarımmüdafiəçisi Luka Modriç qış “transfer pəncərəsi”ndə klubunu dəyişə bilər.
Sportal.az “Todofichajes” portalına istinadən xəbər verir ki, “İnter Mayami” 38 yaşlı xorvatiyalı futbolçunun xidmətində maraqlıdır və qışda futbolçuya təklif göndərməyi planlaşdırır.
Qeyd olunur ki, Modriç özü də mövsümü “Real”da bitirmək niyyətində idi, lakin daha çox oyun vaxtı əldə etmək üçün fikrini dəyişə bilər.Luka Modriç 2012-ci ildən "kral klubu”da çıxış edir.
Ötən mövsüm xorvatiyalı yarımmüdafiəçi "Real”ın heyətində bütün turnirlərdə 51 oyun keçirib, 6 qol vurub və 6 məhsuldar ötürmə edib. Xorvatiyalının "Real"la müqaviləsi gələn mövsümün sonuna kimidir.
saytlarin hazirlanmasi