Çimərlik futbolu üzrə Azərbaycan milli komandası İtaliyanın Alghero şəhərində təşkil olunan Avropa Superfinalında növbəti oyununu keçirib.
Sportal.az AFFA-ya istinadən xəbər verir ki, Rumıniya yığması ilə oyun rəqib komandanın 4:2 hesablı qələbəsilə ilə başa çatıb.
Millimizin qollarını Sabir Allahquliyev və Orxan Məmmədov vurub. Komandamız turnirdə növbəti oyununu sabah İsveçrə yığmasına qarşı keçirəcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
saytlarin hazirlanmasi