Almaniya millisinə baş məşqçisi təyin olunacağı gözlənilən Yulian Naqelsmanın köməkçilərindən birinin adına aydınlıq gəlib.
Sportal.az “Bild”ə istinadən xəbər verir ki, bu, “Bavariya”nın sabiq hücumçusu Sandro Vaqnerdir.Belə ki, həm Naqelsmann, həm də Rudi Völler 35 yaşlı Vaqnerin namizədliyində israrlıdırlar.
Münhen klubunun sabiq forvardı da millidə işləməyə hazır olduğunu bildirib.Völlerin Fransa ilə son matçda (2:1) digər köməkçisi Hannes Volfla bağlı yekun qərar isə bəlli deyil.
Xatırladaq ki, daha əvvəl DFB-nin Nagelsmanna DÇ-2026-ya qədər müqavilə təklif etməyi planlaşdırdığı barədə məlumat yayılmışdı.
saytlarin hazirlanmasi