FİFA milli komandalarının sentyabr ayı üçün yenilənmiş reytinq cədvəlini açıqlayıb.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandası iyun ayından bu yana tərk edə bilmədiyi 121-ci pillədə qalıb. Bununla yanaşı, millimiz aktivindəki xalların sayını 1143,22-dən 1147,69-a yüksəldib.
Əvvəlki iyul yeniləməsindən sonrakı dövr ərzində Azərbaycan komandası iki oyun keçirib: AVRO-2024-ün seçmə mərhələsinin Belçika ilə (0:1) oyunu və İordaniyaya qarşı yoxlama matçı (2:1).
Azərbaycanın ən yaxın izləyicisi Tanzaniya (1146,46) millisidir. Yığmamızdan bir üst pillədə isə Kipr millisi (1155,95) qərarlaşıb.
FİFA reytinq cədvəlinin ilk on sıralaması belədir:
Argentina (1851,41), Fransa (1840,76), Braziliya (1837,61), İngiltərə (1794,34), Belçika (1792,64), Xorvatiya (1747,83), Hollandiya (1743,15), Portuqaliya (1728). (1727,37), İspaniya (1710,72).
saytlarin hazirlanmasi