PSV-nin forvardı Lyuk de Yonq Çempionlar Liqasının ilk turunda "Arsenal"la (0:4)matçdakı məğlubiyyəti şərh edib.
Sportal.az UEFA-ya istinadən xəbər verir ki, niderlandlı hücumçu London klubuna qarşı müqavimət göstərməyin çətinliyindən söhbət açıb:
"Başa düşürdük ki, güclü rəqiblə qarşılaşacağıq. Onlara təzyiq göstərməyə çalışsaq da, iki erkən qol buraxdıq. Bundan sonra oyuna nəzarəti yaxşılaşdıra bildik, lakin “Arsenal” üçüncü qolu vurdu. Üçüncü qoldan sonra oyunun bizim üçün başa çatdığı məlum oldu".
Qeyd edək ki, B qrupunda "Arsenal" və PSV ilə yanaşı "Sevilya" ilə "Lans" da yer alıb.
saytlarin hazirlanmasi