Növbəti turda “Səbail”lə qarşılaşacaq “Araz-Naxçıvan” hazırlığını davam etdirir.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Naxçıvan təmsilçisi bu gün Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında bir məşq keçəcək. “Neftçi” ilə matçın gedişində zədələnən və buna görə də son iki məşqdə iştirak etməyən Vadim Abdullayev artıq sıraya dönüb. Klub U-21-in düşərgəsində zədələnən və buna görə də adı “Neftçi” ilə oyunun protokoluna daxil edilməyən Abdulla Rzayevdən də xoş xəbər alıb. Komandanın həkimi Anar Nəsibov müdafiəçinin bugündən fərdi məşqlərə başlayacağını bildirib.
Əvəzedicilərin oyununda zədələnən əsas komandanın üçüncü qapıçısı Vüsal Şabanov isə bir müddət müalicə olunacaq. Qeyd edək ki, “Səbail” – “Araz-Naxçıvan” oyunu sentyabrın 24-də, saat 19:30-da Bayıl qəsəbəsində yerləşən ASCO Arenada keçiriləcək. Matç CBC Sport kanalı vasitəsilə canlı yayımlanacaq.
saytlarin hazirlanmasi