"Yuventus" "Şaxtyor"un futbolçusunu transfer etmək istəyir.
Sportal.az "Sky Sport"a istinadən xəbər verir ki, söhbət Donetsk təmsilçisinin yarımmüdafiəçisi Georgi Sudakovdan gedir.
"Qoca sinyora" 21 yaşlı futbolçu üçün klubu ilə ilkin danışıqlara başlayıb.
Sudakov 2022/2023 mövsümündə "Şaxtyor"un heyətində bütün yarışlarda 39 matça çıxıb, 5 qol vurub və 11 məhsuldar ötürmə edib. Onun Ukrayna klubu ilə müqaviləsi 2028-ci ilin iyunun sonunda başa çatacaq. "Şaxtyor"un yetirməsi olan Sudakov 2020-ci ildən əsas komandada, 2021-ci ildən isə Ukrayna yığmasında çıxış edir.
saytlarin hazirlanmasi