"Biz Avropa Liqasının finalında "Sevilya"ya uduzmadıq"

12:18 - 22 Sentyabr 2023

"Roma"nın baş məşqçisi Joze Mourinyo komandasının "Sevilya"ya penaltilər seriyasında uduzduğu (1:1, 1:4) Avropa Liqasının 2022/2023-cü il mövsümünün final oyununu xatırlayıb.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, portuqaliyalı məşqçi ötən mövsümdəki məğlubiyyətə baxmayaraq komandasının buna layiq olmadığını deyib:

"Roma"nın baş məşqçisi kimi son günə qədər bunu təkrarlayacam, Avropa Liqasının finalında “Sevilya”ya uduzmadıq. Budapeştdə finalda məğlub olmadıq və mən fikrimi dəyişməyəcəyəm!. Buna layiq deyildik".

Xatırladaq ki, "Roma" - "Sevilya"nın final matçını Entoni Teylor idarə edib. Hakim "Roma"nın futbolçularına yeddi sarı vərəqə göstərib. Matçdan sonra Teylorun işindən narazı qalan Mourinyo stadionun dayanacağında hakimi təhqir edib. 60 yaşlı portuqaliyalı buna görə 2023/2024 mövsümü üçün dörd avrokubok matçında diskvalifikasiya edilib. “Roma” qrup mərhələsində “Şerif”, “Slaviya” və “Servette” ilə eyni qrupda yer alıb.

Xəbər xətti