"Molde"yə qarşı matç ağır keçdi. Amma rəqibimizi yaxşı analiz etmişdik. Rəqibin güclü oyunçuları var. Baş məşqçi bizə necə oynamaq lazım olduğunu bildirmişdi. Qol imkanlarımız az deyildi. Sadəcə olaraq, onlardan istifadə edə bilmədik. Hər halda, qolumuzu vurduq və qələbə qazanmağı bacardıq. Hamımız xoşbəxtik".
Sportal.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın kapitanı Maksim Medvedev Avropa Liqasının qrup mərhələsinin "Molde" ilə matçdan sonra jurnalistlərə açıqlamasında deyib. Təcrübəli futbolçu "Molde"nin Çempionlar Liqasının pley-off mərhələsinin "Qalatasaray"a qarşı oynadığı oyunu dəfələrlə izlədiyini deyib:
"Molde"nin "Qalatasaray"a qarşı keçirdiyi hər iki oyunu izləmişdik. Mən özüm, bəlkə də "Molde"nin "Qalatasaray"la oyununa beş dəfə baxmışdım. Baş məşqçimiz bizə fərqli tapşırıqlar vermişdi. Yerinə yetirməyə çalışırdıq. Hücumçularımız da yaxşı müdafiə olundu. Hər şey onlardan başlayırdı. Onlar çox işlədi və işimizi asanlaşdırdılar".
Medvedev, komandasının qrupdan çıxmaq şanslarını dəyərləndirərkən bunları söyləyib: "Məncə, ən çətini "Molde" və "Hekken"ə qarşı oynamaqdır. Bu görüşlərdə bizdən qələbə gözləyəcəklər. Amma özünüz də bilirsiz ki, "Bayer" daha səs-küylü klubdur. Onlara qarşı daha rahat oynayacağıq, nəinki "Hekken" və ya "Molde"yə qarşı".
Mirbağırağa
saytlarin hazirlanmasi