Bu gün İntizam Komitəsinin iclası keçirilib.
Sportal.az PFL-ə istinadən xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib:
I Liqa II tur
20.09.2023-cü il tarixində I Liqanın II turunun MOİK – “İmişli” görüşündə MOİK klubunun 38 nömrəli futbolçusu Həsrət Mürsəlov ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, MOİK klubu 50 manat cərimə edilir (maddə 36.5);
21.09.2023-cü il tarixində I Liqanın II turunun “Şamaxı” – “Araz Saatlı” oyununda “Araz Saatlı” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Araz Saatlı” klubu 70 manat cərimə edilir (maddə 37);
21.09.2023-cü il tarixində I Liqanın II turunun “Difai Ağsu” – “Zaqatala” oyununda “Difai Ağsu” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Difai Ağsu” klubu 70 manat cərimə edilir (maddə 37);
21.09.2023-cü il tarixində I Liqanın II turunun “Mingəçevir” – “Qaradağ Lökbatan” oyununda “Mingəçevir” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Mingəçevir” klubu 70 manat cərimə edilir (maddə 37);
21.09.2023-cü il tarixində I Liqanın II turunun “Mingəçevir” – “Qaradağ Lökbatan” oyununda “Mingəçevir” klubunun 60 nömrəli futbolçusu Elmin Bayramov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Mingəçevir” klubu 80 manat cərimə edilir (maddə 41);
21.09.2023-cü il tarixində I Liqanın II turunun “Mingəçevir” – “Qaradağ Lökbatan” oyununda “Mingəçevir” klubunun 77 nömrəli futbolçusu Əsgər Hüseynov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Mingəçevir” klubu 80 manat cərimə edilir (maddə 41);
saytlarin hazirlanmasi