Bu gün İntizam Komitəsinin iclası keçirilib.
Sportal.az PFL-ə istinadən xəbər verir ki, toplantıda II Liqanın III turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Lerik” – “Şəfa” görüşünün oyunöncəsi iclasında qonaq komanda iştirak etmədiyinə görə “Şəfa” klubu 80 manat cərimə edilir (maddə 73.1);
“Lerik” – “Şəfa” oyununa qonaq komanda gec gəldiyinə görə görüş gec başladığı üçün “Şəfa” klubu 100 manat cərimə edilir (maddə 91);
“Sheki City” – “Ağdaş” oyununda “Ağdaş” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Ağdaş” klubu 70 manat cərimə edilir (maddə 37);
“Sheki City” – “Ağdaş” oyununun 82-ci dəqiqəsində “Sheki City” klubunun 4 nömrəli futbolçusu Süleyman Rauflu ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Sheki City” klubu 50 manat cərimə edilir (maddə 36.5);
“Sheki City” – “Ağdaş” oyununda “Sheki City” klubu oyunun ilkin protokolunu elektron protokol sistemində gec təsdiq etdiyinə görə “Sheki City” klubu 100 manat cərimə edilir (maddə 91);
“Sheki City” – “Ağdaş” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Sheki City” klubu 100 manat cərimə edilir (maddə 72.4);
“Sheki City” – “Ağdaş” oyunundan sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Sheki City” klubu 80 manat cərimə edilir (maddə 51.2);
“Füzuli” – “Qusar” oyununda “Qusar” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Qusar” klubu 70 manat cərimə edilir (maddə 37);
“Baku Sportinq” – “Şahdağ Qusar” oyununda “Şahdağ Qusar” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Sahdağ Qusar” klubu 70 manat cərimə edilir (maddə 37);
“Baku Sportinq” – “Şahdağ Qusar” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Baku Sportinq” klubu 80 manat cərimə edilir (maddə 51.2);
“Baku Sportinq” – “Şahdağ Qusar” oyununda “Şahdağ Qusar” klubu oyunun ilkin protokolunu elektron protokol sistemində gec təsdiq etdiyinə görə “Şahdağ Qusar” klubu 100 manat cərimə edilir (maddə 91);
“Şəmkir” – “Dinamo” oyununun 59-cu dəqiqəsində “Şəmkir” klubunun heyətində adı oyunun rəsmi protokolunda olmayan 30 nömrəli futbolçu Kərəm Əhmədli meydançaya daxil olduğuna görə “Şəmkir” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilir, “Şəmkir” klubu 400 manat cərimə edilir (maddə 61.6);
“Göygöl” – “Kür-Araz” oyununda “Kür-Araz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Kür-Araz” klubu 70 manat cərimə edilir (maddə 37);
“Göygöl” – “Kür-Araz” oyununda “Kür-Araz” klubunun 6 nömrəli futbolçusu Ağasən Əsgərov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Kür-Araz” klubu 80 manat cərimə edilir (maddə 41);
“Göygöl” – “Kür-Araz” oyununda “Kür-Araz” klubunun 1 nömrəli futbolçusu Əzəmət Müseyibov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Kür-Araz” klubu 80 manat cərimə edilir (maddə 41);
“Göygöl” – “Kür-Araz” oyununda “Göygöl” klubu oyunun ilkin protokolunu elektron protokol sistemində gec təsdiq etdiyinə görə “Göygöl” klubu 100 manat cərimə edilir (maddə 91).
saytlarin hazirlanmasi