"Qarabağ"la cavab matçı var, revanş almağa çalışacağıq"

14:36 - 22 Sentyabr 2023

“Molde”nin futbolçusu Emil Breyvik Avropa Liqasının birinci turunda “Qarabağ”la qarşılaşmasından sonra danışıb.

Sportal.az xəbər verir ki, norveçli Bakıdakı məğlubiyyəti (1:0) bu cür şərh edib:

“Açığı, mövsümün bəlkə də ən pis oyunumuzu oynadıq. Nəsə demək olmur, rəqib bizdən güclü və qələbəyə daha çox layiq idi. Hətta heç-heçə üçün də oynaya bildiyimizi deyə bilmərəm. Avropa Liqasına pis başladıq. Amma heç nə itirilməyib. Qarşıda hələ beş oyun, “Qarabağ”la evdə keçiriləcək cavab matçı var. Revanş almağa çalışacağıq".

Xəbər xətti