Klubun prezidenti: "Qəbuledilməz hadisələr baş verdi"

13:39 - 23 Sentyabr 2023

"Marsel"in prezidenti Pablo Lonqoriya mətbuat konfransı keçirərək, öz vəzifəsini yerinə yetirməyə davam edəcəyini açıqlayıb. 

Sportal.az xəbər verir ki, "Foot Mercato"ya danışan funksioner daha əvvəl azarkeşlərlə münaqişəli söhbətdən sonra klubun məşqçisi və rəhbərliyinə, eləcə də onların yaxınlarına hədə-qorxu gəlindiyini, hətta istefa vermək haqda düşündüyünüdü bildirib: 

"Mən "Marsel"in prezidenti kimi danışıram. İlk növbədə komandama Amsterdamda “Ayaks”a qarşı göstərdikləri fədakarlığa görə təşəkkür etmək istərdim. Mənə gəlincə, hər kəsin çətin dövrləri var və həmişə ürəyimdə olanı səmimi deyirəm, amma klub prezidenti kimi sözümə cavabdehəm. 
Bazar ertəsi bir sıra insidentlərin nəticəsi olan qəbuledilməz hadisələr baş verdi. Frank Makkort və Müşahidə Şurasının üzvləri ilə uzun söhbətim oldu. Onların hamısı mənə qeyd-şərtsiz dəstək verdilər. Bu dəstək ürəyimi istiləşdirir və klub, bu şəhər ətrafında mövcud olan həvəsi bir daha artırır. 
Bu mənə çox enerji verir və mən missiyamı davam etdirmək qərarına gəldim. PSJ ilə Liqa 1 matçı üçün Parisdə olacam".

Xatırladaq ki, Marselino Qarsiya Toral bir neçə gün əvvəl baş məşqçi postundan istefa verib.

Xəbər xətti